NATO "Soyuq müharibədən" sonra ən böyük hərbi təlimini keçirir

   NATO "Soyuq müharibədən" sonra    ən böyük hərbi təlimini keçirir
  29 Aprel 2022    Oxunub:846
Britaniya 8 minə yaxın hərbçini təlimlərdə iştirak etmək üçün Şimali və Şərqi Avropaya göndərəcək. AzVision.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilir ki, Britaniya kontingentinin ərazidə yerləşdirilməsi prosesi aprel-iyun ayları arasında pik həddə çatacaq.

"Bu təlimdə qoşunlarımız NATO müttəfiqləri, tərəfdaşları və Birgə Ekspedisiya Qüvvəsi ilə həmrəylik, güc nümayişi olaraq "Soyuq müharibə"dən bəri ən böyük birgə təlimlərdən birində öz qüvvələrini birləşdirəcək", - Britaniyanın müdafiə naziri Ben Uolles təlimlərlə bağlı kanala açıqlamasında.

Quru qoşunlarından əlavə, Finlandiyadan Şimali Makedoniyaya qədər müxtəlif ölkələrdə onlarla Britaniya tankı və 100-dən çox zirehli döyüş maşını yerləşdiriləcək. Britaniya quru qoşunlarının komandanı, general-leytenant Ralf Vudis təlimin əsas məqsədini “Rusiya təcavüzlərinin qarşısını almaq” olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Britaniya   Təlim  



Xəbər lenti