"Gecə aviasiyamız 112 hərbi obyekti vurub" - Rusiyalı general

   "Gecə aviasiyamız 112 hərbi obyekti vurub" -    Rusiyalı general
  29 Aprel 2022    Oxunub:1789
Rusiya Ukraynada apardığı hərbi əməliyyatlara dair yeni məlumat yayıb. AzVision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə deyib ki, zərbələr aviasiyadan endirilib.
Gecə ərzində Ukraynanın 112 hərbi obyekti, o cümlədən dörd raket və artilleriya silahlarının saxlanıldığı anbarlar sıradan çıxarılıb.

Onun sözlərinə görə, vurulan obyektlər arasında iki komanda məntəqəsi, 11 istehkam, 95 canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi yer, həmçinin Pokrovskoye və Qoroxovskoye qəsəbələrində dörd raket və artilleriya silahı anbarı var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   General  



Xəbər lenti