Kiyevin kosmik sənaye müəssisəsi raketlərlə vurulub

   Kiyevin kosmik sənaye müəssisəsi raketlərlə vurulub
  29 Aprel 2022    Oxunub:1144
Ukraynaya məxsus kosmik sənaye müəssisəsinin istehsalat binaları atəşə məruz qalıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov məlumat yayıb.
Ukraynanın dünənki itkiləri: 280 hərbçi ölüb, 1 "Bayraktar" vurulub
Onun sözlərinə görə Rusiya silahlı qüvvələri Kiyevdəki “Artem” raket-kosmik zavodunu yüksək dəqiqlikli uzaqmənzilli raketlərdən vurulan zərbə ilə məhv edib.

O, həmçinin qeyd edib ki, “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz bazalı raketləri Fastov, Krasnoselka və Polonnoye dəmir yolu qovşaqları ərazilərində üç elektrik yarımstansiyasını məhv edib. Bundan başqa, Rusiya Aerokosmik Qüvvələrinin yüksək dəqiqlikli havadan buraxılan raketləri Ukraynanın 10 hərbi obyektini, o cümlədən canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi 9 ərazini, həmçinin İliçevka kəndi yaxınlığındakı sursat anbarını məhv edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Rusiya   Raket  



Xəbər lenti