Rasim Balayev: “Kim edibsə, çox səhv edib”

Rasim Balayev: “Kim edibsə, çox səhv edib”
  04 Aprel 2013    Oxunub:1771
“Mənim adıma kim “Facebook”da səhifə açıbsa, çox nahaq edib”
AzVision.az-a açıqlamasında bu sözləri Xalq artisti Rasim Balayev deyib. Məşhur aktyor bildirib ki, onun adına kim sosial şəbəkələrdə səhifə açıbsa, səhv edib: “Mənim heç bir sosial şəbəkəyə girməmişəm. Mənim səhifəm yoxdur”

Azərbaycan Kinematoqrafçılar İttifaqından istefa verən R.Balayev hazırda heç bir işlə məşğul olmadığını bildirib: “Heçnə etmirəm, elə evdəyəm”.

Xalq artisti haqqında gedən söhbətlərə də aydınlıq gətirib: “Mən Azərbaycandan kənarda yaşaya bilmərəm. Qətiyyən belə bir şey ola bilməz”-deyə, Rasim Balayev əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti