İrəvanda 11 etirazçı saxlanılıb - 2 nəfər silah saxlamaqda şübhəli bilinir

      İrəvanda 11 etirazçı saxlanılıb    - 2 nəfər silah saxlamaqda şübhəli bilinir
  29 Aprel 2022    Oxunub:692
Bu gün Ermənistanın hökumət binası yaxınlığında keçirilən etiraz aksiyalarında 11 nəfər saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
"İki nəfər silah və sursat saxlamaqda şübhəli bilinərək, doqquz nəfər isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla bağlı bölmələrə gətirilib", - məlumatda deyilir.

Qeyd edək ki, səhər saatlarından İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir. Tələbələr universitetlərdə, müxalifət hərəkatlarının nümayəndələri isə Ermənistanın hökumət binaları qarşısında mitinqlər təşkil edirlər.

Saxlanılanlar isə əsasən hökumət binası qarşısına Paşinyanla bağlı karikaturalar qoymaq istəyənlər olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Aksiya   Polis  



Xəbər lenti