Sarkisyanın səfir qardaşı öldü

Sarkisyanın səfir qardaşı öldü
  29 Aprel 2022    Oxunub:708
Erməni cəmiyyətinin təcrübəli diplomat kimi tanıdığı Çin, Bolqarıstan və bir sıra digər ölkələrdəki fəaliyyət göstərmiş səfir Armen Sarkisyan 64 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu onun ölüm xəbərini qardaşı, Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan yayıb.
- Uzun sürən xəstəlikdən sonra mənim sevimli qardaşım, Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri dünyasını dəyişdi, – siyasətçi öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Armen Sarkisyan müxtəlif illərdə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 1999-2002-ci illərdə Çində, 2002-2008-ci illədə isə ABŞ-da hərbi attaşe olub. 2008-ci ildən o, Ermənistanın Çindəki diplomatik missiyasına rəhbərlik edib, daha sonra Cənubi Koreya, Vyetnam, Sinqapur və Monqolustanda çalışıb.
Sarkisyan 2016-cı ildə Bolqarıstandakı diplomatik missiyaya rəhbərlik edib və 2020-ci ilə qədər orada çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir  



Xəbər lenti