Erməni tələbələr Donbas separatçılarına yardım göndərirlər

Erməni tələbələr Donbas separatçılarına yardım göndərirlər
  29 Aprel 2022    Oxunub:1032
Moskvanın aparıcı universitetlərində təhsil alan erməni tələbələr Rusiya Erməniləri İttifaqının "Donbas respublikasına" göndərdiyi humanitar yardımlara dəstək olurlar.
AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Moskva Dövlət Universitetinin, MGIMO və digər paytaxt universitetlərinin tələbələri bir neçə növbədə işləyirlər.

"Onlar komplektləşdirmə işlərdində fəaldırlar, ərzaq, paltar və zəruri əşyaları qutulara yığaraq öz yardımlarını əsirgəmirlər. Bundan əvvəl isə xəbər verilmişdi ki, erməni icması Donbas və ümumilikdə Ukraynaya 500 ton humanitar yardım göndərib. Yüklər İzyum, Donetsk, Luqansk, Mariupoldakı insanlara, həmçinin Rostov vilayətindəki qaçqın mərkəzlərinə göndərilir. Təşkilat 2014-cü ildən Donetsk və Luqansk sakinlərinə yardım edir", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti