"Borjomi" sanksiyalara görə istehsalı dayandırır

"Borjomi" sanksiyalara görə istehsalı dayandırır
  29 Aprel 2022    Oxunub:833
Gürcüstanın məşhur "IDS Borjomi" şirkəti Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar səbəbindən "Borjomi" mineral suları istehsalını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı şirkətin bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, “IDF Borjomi Georgia" Ukraynada hərbi əməliyyatlar başlayandan bəri iqtisadi cəhətdən ağır duruma düşüb. Şirkət qeyd edib ki, əsas bazarlarda vəziyyət bank hesablarına çıxışın məhdud olması səbəbindən pisləşib.

AzVision.az



Teqlər:



Xəbər lenti