Polşa Ukraynaya 200-dən çox tank və raketlər verdi

   Polşa Ukraynaya 200-dən çox tank və raketlər verdi
  29 Aprel 2022    Oxunub:1202
Polşa Ukraynaya 200-dən çox T-72 tankı və onlarla piyada döyüş maşını tədarük edib.
AzVision.az xəbər verir ki, bu barədə Polşa Radiosu məlumat yayıb. Qeyd olunub ki, Polşa qonşu ölkəyə onlarla piyadaların döyüş maşını, özüyeriyən “2C1” “Qvozdika” qaubitsa, “Qrad” reaktiv yaylım atəş sistemi, “Miq-29” və “Su-27” təyyarələrini vurmaq məqsədilə “hava-hava” raketlərini göndərib.

Xatırladaq ki, NATO ölkələri indiyədək Ukraynaya azı 8 milyard dollar yardım göndərib. Təkcə ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanıb.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa   Ukrayna  



Xəbər lenti