Gələn həftə Rusiyaya qarşı 6-cı sanksiyalar paketi hazır olacaq

   Gələn həftə Rusiyaya qarşı 6-cı sanksiyalar paketi hazır olacaq
  29 Aprel 2022    Oxunub:1001
Fransa gələn həftə Avropa İttifaqının neft tədarükü ilə bağlı Rusiyaya qarşı altıncı sanksiyalar paketinin qəbulunu gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Lejandre bildirib.

“Rusiyaya təzyiq təkcə Ukraynaya hərbi təchizat formasında deyil, həm də Rusiya Federasiyasına qarşı sanksiyalar vasitəsilə həyata keçirilir. Biz Rusiyaya iqtisadi təzyiq göstərməkdə davam edirik. Biz gələn həftə qəbul edilməsini gözlədiyimiz və nefti əhatə edəcək altıncı sanksiyalar paketi üzərində işləyirik”, - Lejandre bildirib.

Avropa Komissiyasının Prezidentinin müavini Valdis Dombrovskis bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının altıncı paketi bu və ya digər formada Rusiya neftinin idxalına məhdudiyyətləri əhatə edə bilər, lakin bu, ittifaqın üzv ölkələrinə dəyən ziyanı minimuma endirəcək şəkildə hazırlanmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:



Xəbər lenti