Çinin mərkəzində 6 mərtəbəli bina uçub

   Çinin mərkəzində 6 mərtəbəli bina uçub
  29 Aprel 2022    Oxunub:1009
Çinin mərkəzi hissəsində yerləşən Hunan əyalətinin Çanşa şəhərində altı mərtəbəli bina uçub.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, binanın birinci və ikinci mərtəbələrində restoranlar olub. Bundan əlavə, binada motel də fəaliyyət göstərirmiş.

Hadisə yerində polis, xilasedicilər və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İsrail  



Xəbər lenti