Avropa İttifaqı Moldovaya dəstəyini artıracaq

   Avropa İttifaqı Moldovaya dəstəyini artıracaq
  29 Aprel 2022    Oxunub:935
Dnestryanıdakı insidentlər fonunda Avropa İttifaqı qısa və orta müddətli perspektivdə Moldovaya dəstəyini artırdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu bardə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin bəyanatında deyilir.

“Aİ qaçqın axını ilə bağlı təcili problemlərin həlli üçün hərtərəfli yardım göstərir və Moldovanın ümumi dayanıqlığını gücləndirmək üçün ortamüddətli dəstəyi artırır. Aİ Moldova ilə həmrəyliyini ifadə edir və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha bəyan edir”, - sənəddə deyilir.

Bildirilib ki, Dnestryanıdakı hadisələr Moldovanın təhlükəsizliyinə və sabitliyinə xələl gətirir. Aİ məsul tərəfləri sabitliyi pozmaqdan çəkinməyə çağırır.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:  



Xəbər lenti