Norveç Rusiyadan gələn yük maşınları üçün sərhədini bağladı

   Norveç Rusiyadan gələn yük maşınları üçün sərhədini bağladı
  29 Aprel 2022    Oxunub:1525
Rusiya-Norveç sərhədindəki yeganə buraxılış məntəqəsi olan Storskoqda Rusiyadan gələn yük maşınlarının keçidinə icazə verilməyəcək.
Bundan başqa Rusiyadan Norveç limanlarına gəmilərin girişinə də qadağa tətbiq ediləcək ki, burada balıq ovu istisna ediləcək. AzVision.az xəbər verir ki, bu barədə NRK Norveçin xarici işlər naziri Anniken Huitfeldtə istinadən məlumat yayıb.

- Biz Norveçdə Avropa İttifaqının beşinci sanksiya paketini təqdim edirik. Bu o deməkdir ki, Storskoq sərhəd keçidini yük maşınları üçün dərhal bağlayıb və bir sıra kimyəvi maddələrin idxalına qadağa tətbiq olunacaq, - nazir deyib.

AzVision.az



Teqlər: Norveç  



Xəbər lenti