Luqanskda rus desantçılar öldürülüb - FOTOLAR

Luqanskda rus desantçılar öldürülüb -   FOTOLAR
  30 Aprel 2022    Oxunub:1140
Dünən Luqansk vilayətində Rusiya desantçıları Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər. Lakin rus elit hərbçilərinin cəhdləri uğursuz olub.
AzVision.az xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.

Onun sözlərinə görə, "Korol Daniel" adına 24-cü əlahiddə mexanikləşdirilmiş briqadanın təşkil etdiyi "qonaqpərvər" qarşılanman sonra desant qrupundan yalnız yeddi hərbçi sağ qala bilib.

- Müdafiəçilərimiz məhv edilmiş işğalçıların üzərilərində olan şəxsi əşyalarının fotoşəkillərini nümayiş etdiriblər. Diqqət çəkən isə əşyaların arasında pravoslav ikonalarının olmasıdır. "Raşistlər" onlarla birlikdə Ukraynaya öldürmək üçün gəliblər... - Qayday deyib.

O, həmçinin vurğulayıb ki, rusiya hərbçiləri Severodonetsk və Popasnyansk istiqamətlərində irəliləməyə çalışırlar.



Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti