Kiyevin yeni itkiləri - 3 "Bayraktar", 120-dən çox hərbçi

Kiyevin yeni itkiləri -    3 "Bayraktar", 120-dən çox hərbçi
  30 Aprel 2022    Oxunub:1321
Rusiya Ukraynanın dünən gecə şəxsi heyətlə bağlı verdiyi itkilərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə deyib ki, Rusiya aviasiyası bir gecədə Ukraynada 120-dən çox hərbçini, 4 tankı və 6 zirehli texnikanı vurub.
"Gecə Ukraynanın 390 hərbi obyektini vurmuşuq" - Rusiyalı general
- Rusiya Aerokosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gecə ərzində canlı qüvvənin və Ukrayna hərbi texnikasının cəmləşdiyi 9 ərazini vurub, - Konaşenkov deyib.

Həmçinin qeyd edilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə 20-yə yaxın Ukrayna pilotsuz təyyarəsini vura bilib.

- Qorlovka, Çervoni Oskol, Petmanovo, Kramatorsk, Kozinka, Karpovka, Putilina, Novoaxtırka, Bezliky Liman və Peremoqa yaşayış məntəqələri üzərində Ukraynaya məxsus 18 pilotsuz uçuş aparatı, o cümlədən üç Bayraktar TB-2 məhv edilib, - general statistikanı açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayraktar   Rusiya   Ukrayna  



Xəbər lenti