Buçada daha bir kütləvi məzarlıq tapılıb - VİDEO

   Buçada daha bir kütləvi məzarlıq tapılıb -    VİDEO
  30 Aprel 2022    Oxunub:1111
Ukraynanın Buça rayonunda daha bir işgəncələrlə öldürülmüş mülki şəxslərin basıdırldığı məzarlıq tapılıb. AzVision.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polisi məlumat yayıb.
- Rus əsgərləri tərəfindən vəhşicəsinə öldürülən üç kişinin cəsədinin olduğu çuxur aşkarlanıb. Müəyyən edilib ki, qurbanlar uzun müddət işgəncələrə məruz qalıb, onların əzalarında güllə yaraları aşkarlanıb. Onların hər birinin qulağından güllə yarası var. Bu, işğalçılar tərəfindən Buça ərazisində qazılmış növbəti kütləvi məzarlıqdır. O rayon ki, mindən çox vətəndaş öldürülüb və işgəncələrə məruz qalmaqdan uzun müddət əziyyət çəkib, - Polis rəisi Andrey Nebitov deyib.

Qeyd olunur ki, məzarlıq Mirotskoye kəndi yaxınlığındakı meşədə tapılıb.

Xatırladaq ki, Nebitov aprelin 20-də bəyan etmişdi ki, Kiyev vilayətinin işğalçılardan azad edilmiş yaşayış məntəqələrində kütləvi məzarlıqlarda, zirzəmilərdə və quyularda dinc sakinlərə aid xeyli cəsədlər aşkar edilib. Bununla bağlı 300-ə yaxın istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Buça   Məzarlıq  





Xəbər lenti