Hollivud ulduzu Ukraynaya gəlib

Hollivud ulduzu Ukraynaya gəlib
  30 Aprel 2022    Oxunub:1052
Tanınmış Hollivud aktrisası, UNİCEF-in xoşməramlı səfiri Ancelina Coli Ukraynaya səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Facebook” hesabında bildirilib.

Paylaşıma aktrisanın Lvovdakı kafelərdən birində çəkilmiş videosu əlavə olunub.

“Ancelina Coli Lvovda kafedədir. Bu, bütün dünyanın, o cümlədən tanınmış ulduzların bizimlə birlikdə olduğunun daha bir sübutudur”, - paylaşımda qeyd olunub.

AzVision.az



Teqlər: Coli   Ukrayna  



Xəbər lenti