Ukrayna ordusu Xarkovun bir sıra yaşayış məntəqələri azad edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarət bərpa edilib.
Qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


