Ukrayna ordusu Xarkovun bir sıra yaşayış məntəqələri azad edib.

Ukrayna ordusu Xarkovun bir sıra yaşayış məntəqələri azad edib.
  30 Aprel 2022    Oxunub:1128
Ukraynanın Xarkov vilayətində bir sıra yaşayış məntəqələri azad edilib.
AzVision.az bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Verxnaya Roqanka, Russkaya Lozova, Slobodskoya və Prilesnoye yaşayış məntəqələrinə nəzarət bərpa edilib.

Qeyd olunur ki, Rusiya hərbçiləri Slobojanski istiqamətində Xarkov şəhərinə aviazərbələr və artilleriya zərbələri endirməkdə davam edir. Bundan əlavə, qarşı tərəf İzyum-Barvenkovo ​​və İzyum-Slavyansk istiqamətlərində hücuma cəhd edir.

AzVision.az



Teqlər: Ukrayna   Xarkov  



Xəbər lenti