Qarabağdan İrəvana gedən avtomobildə pulemyot aşkarlandı

   Qarabağdan İrəvana gedən avtomobildə pulemyot aşkarlandı
  01 May 2022    Oxunub:867
Ermənistanın hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti