İrəvanda vəziyyət fransızcadır - VİDEO

// Paytaxtın Fransa meydanında barrikadalar qurulur

İrəvanda vəziyyət fransızcadır -  VİDEO
  01 May 2022    Oxunub:4227
Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın əleyhinə genişmiqyaslı mitinq keçirilir. Etirazçılar Paşinyanın istefasını tələb edirlər.
Birləşmiş müxalifət üzvləri İrəvanda Fransa meydanında çadırlar qurmağa başlayıblar. Etirazçılar küçələri zibil qutuları və skamyalarla bağlayıblar.



"Bu gündən bu meydan xalqındır, bundan sonra Ermənistanda hakimiyyət xalqındır. Biz burada çadırlar quracağıq ki, gecələyə bilək", - “Hayastan” blokundan parlamentin vitse-spikeri İşxan Saqatelyan deyib. O bildirib ki, sabah yollar bağlanacaq.

"Bazar ertəsi səhər saat 8:30-da biz irimiqyaslı itaətsizlik aksiyalarına başlayırıq. Beləliklə, indiki rəhbərliyin hakimiyyətdən məhrum edilməsi prosesi başlayır. Sabah respublikanın çoxsaylı küçə və magistralları bağlanacaq", - Saqatelyan bildirib.

O, vətəndaşları və tələbələri tətilə çağırıb və İrəvanın mərkəzinin iflic vəziyyətinə düşəcəyini qeyd edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti