ABŞ Silahlı Qüvvələri Ukraynanı hansı halda müdafiə edəcək?
"Dövlət katibi Blinkenlə danışdıqdan və Putinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı onun ciddi narahatlığını dinlədikdən sonra mən əminəm ki, ABŞ beynəlxalq ictimaiyyətə göstərəcək ki, biz mənasız zorakılığa dözməyəcəyik.
İşçi heyətim və mən Rusiyanın istənilən beynəlxalq hüquq pozuntularına görə cavabdeh olmasını təmin etmək üçün Katib Blinkenlə görüşməyi səbirsizliklə gözləyirik.
Biz insanlığın müdafiəsinə qalxmalıyıq və müttəfiqlərimizlə bir yerdə olmalıyıq. ABŞ prezidentinin dediyi kimi, Putin dayandırılmalıdır.
Müvafiq olaraq, dünyanın ən böyük Silahlı Qüvvələrinin baş komandanı bunun üçün lazımi tədbirlər görmək səlahiyyətinə və vasitələrinə malik olmalıdır”, - deyə layihənin izahatında deyilir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: