Pelosi: “Rusiya məğlub olana qədər ABŞ Kiyevi dəstəkləyəcək”

      Pelosi:    “Rusiya məğlub olana qədər ABŞ Kiyevi dəstəkləyəcək”
  02 May 2022    Oxunub:1359
“ABŞ Ukraynaya geniş iqtisadi, hərbi və humanitar dəstək verəcək. Rusiya məğlub olana qədər Vaşinqton Kiyevi dəstəkləyəcək”. AzVision.az xəbər verir ki, bunu ABŞ Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bəyan edib.
Pelosi Ukraynanın müharibə dövründəki prezidenti ilə görüşündən təsirləndiyini deyib və ölkə Prezidenti Volodimir Zelenskini parlaq şəxsiyyət adlandırıb: “Bu mübarizə bütün dünyada demokratiyanın qorunmasına kömək edəcək”.

Kiyevə səfəri zamanı Amerika nümayəndə heyətinin tərkibində olan ABŞ Konqresinin nümayəndələri də Ukraynanı dəstəklədiklərini bildiriblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Ukrayna  



Xəbər lenti