Dünyada COVID-19-a yoluxanların sayı kəskin azalıb
Koreya Respublikası hələ də yoluxma sayına görə dünyada birinci yerdədir. Orada 3,8 milyona yaxın yoluxma halı aşkar edilib. Lakin bu, bir ay əvvəlkindən 2,5 dəfə azdır. Əgər aprelin əvvəlində ölkədə bir gündə 280 minə yaxın xəstə qeydə alınmışdısa, indi bu rəqəm 50 mindən azdır.
Cənubi Koreyadan sonra aprelin 1-dən aprelin 30-dək 3,3 milyondan çox insanın koronavirusa yoluxduğu Almaniya gəlir.
Üçüncü yerdə son dörd həftə ərzində 2,9 milyon yeni yoluxma halının qeydə alındığı Fransa, dördüncü yerdə isə eyni dövrdə 1,7 milyon nəfərin yoluxduğu İtaliya gəlir. Hər iki ölkədə aprel ayında xəstələnmə nisbətləri əvvəlki ayla təxminən eyni səviyyədə idi. Bununla belə, Fransada yoluxma sürəti ayın sonuna qədər təxminən üç dəfə azalsa da, İtaliyada əksinə olub.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


