Almaniya Ukraynaya tank vermək üçün şərt qoydu

   Almaniya Ukraynaya tank vermək üçün şərt qoydu
  02 May 2022    Oxunub:667
Almaniya Ukraynaya tankları yalnız digər ölkələrlə birlikdə tədarük edəcək.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “Mən qərarlarımı tez qəbul edirəm və onları müttəfiqlərimizlə əlaqələndirirəm. Amma Almaniyanın tələsik və birtərəfli hərəkətlərinə şübhə ilə yanaşıram”, - o deyib. Onun sözlərinə görə, silahların tədarükü prinsipi “hamı və ya heç kim” olmalıdır.

Xatırladaq ki, Ukrayna Almaniyaya ABŞ-dan nümunə götürərək Lend-Lease haqqında qanun qəbul etməyi təklif edir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Almaniya   Tank  



Xəbər lenti