Belçikalı diplomatlar Rusiyanı tərk etdi

Belçikalı diplomatlar Rusiyanı tərk etdi
  02 May 2022    Oxunub:859
Belçikanın Rusiyadakı səfirliyinin persona non-qrata elan edilmiş 12 əməkdaşı Moskvanı tərk ediblər.
Bu barədə AzVision.az “Belqa” xəbər agentliyinə istinadən xəbər verir. Nəşr qeyd edir ki, diplomatlar və onların ailələri Moskvadan Belçika Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində uçublar, çünki hazırda iki ölkə arasında müntəzəm uçuş yoxdur.

Belçika Xarici İşlər Nazirliyi qeyd edib ki, səfirlik xeyli sayda əməkdaşının ölkəni tərk etməsinə baxmayaraq, fəaliyyətini davam etdirəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Belçika   Rusiya  



Xəbər lenti