Washington Post: “Ukraynaya artilleriya tədarükü müharibənin gedişatını dəyişəcək”

      Washington Post:    “Ukraynaya artilleriya tədarükü müharibənin gedişatını dəyişəcək”
  02 May 2022    Oxunub:894
“Ukraynaya göndərilən Qərb artilleriyası Rusiya ilə müharibənin gedişatını dəyişəcək”. AzVision.az xəbər verir ki, bu barədə “Washington Post” hərbi analitiklərə və Amerika hakimiyyətinin rəsmi nümayəndələrinə istinadən yazıb. Qeyd olunub ki, Ukraynaya ABŞ, Kanada və Fransadan haubitsala göndərilib.
Təkcə ABŞ artıq Ukrayna Prezidenti Vlodomir Zelenskiyə 190 000 artilleriya mərmisi və 90 haubitsa vəd edib. Müxtəlif Qərb artilleriya qurğularından istifadə taktiki keçidi sürətləndirəcək.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti