İngiltərədə bahalaşma: Tabutlar kirayə verilir

   İngiltərədə bahalaşma:    Tabutlar kirayə verilir
  02 May 2022    Oxunub:1976
Böyük Britaniyada tabutlar minlərlə funt-sterlinqə başa gəldiyi üçün dəfn evləri dəfn xərclərini azaltmaq üçün onları icarəyə götürməyi təklif etməyə başlayıb.
AzVision.az xəbər verir ki, palıd, albalı və ya ağcaqayın ağacından hazırlanmış ən ucuz ənənəvi tabutların qiyməti 450 funt sterlinqdir. Britaniyada indi bir çox ailə artan elektrik enerjisi və yanacaq qiymətləri ilə mübarizə aparır, bahalı dəfn mərasimləri üçün pul tapmaq onlar üçün əlavə yükə çevrilib. Odur ki, dəfn işləri ilə məşğul olan şirkətlər tabutları icarəyə götürməyi təklif edirlər.

İbadət və hətta dəfn üçün gözəl tabut təqdim edilir. Amma bundan sonra mərhum tabutdan çıxarılır, kremasiya edilir və ya karton qutuda basdırılır. Belə mərasimin qiyməti 250 funt sterlinqdir.

AzVision.az


Teqlər: Tabut  



Xəbər lenti