Qeytsdən koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq

   Qeytsdən koronavirusun təhlükəli ştamı barədə xəbərdarlıq
  02 May 2022    Oxunub:877
“Microsoft”un qurucusu və xeyriyyəçi Bill Qeyts “The Financial Times” qəzetinə müsahibəsində hazırkı koronavirus pandemiyasının hələ də bəşəriyyəti təhdid etdiyi fikrini bildirib.
AzVision.az xəbər verir ki, bununla əlaqədar olaraq o, dünyanı epidemioloqlardan kompüter modelçilərinə qədər beynəlxalq ekspertlər qrupu yaratmağa, qlobal sağlamlıq təhlükələrini tez bir zamanda müəyyən etməyə, həmçinin ölkələr arasında koordinasiyanı təkmilləşdirməyə çağırıb:

“Bu pandemiya hələ də bizi yoluxucu və daha ölümcül variantla təhdid edir. Daha da yoluxucu və ölümcül bir variantla (COVID-19) qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, amma pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik”.

Qeyts vurğulayıb ki, yeni pandemiyanın qarşısını almaq üçün böyük investisiyalar lazımdır. Onun fikrincə, ÜST birinci dərəcəli mütəxəssislər komandası yaratmalıdır ki, onun da xərcləri ildə təxminən 1 milyard dollar təşkil edəcək. Eyni zamanda, o, ÜST-nin maliyyələşdirilməsinin artırılması məsələsində beynəlxalq konsensusun əldə edilməsinin mümkün olub-olmamasına əmin olmadığını etiraf edib.


AzVision.az



Teqlər: COVID-19  



Xəbər lenti