Ermənistanda müxalifət partiyasının sədr müavini tutuldu

   Ermənistanda müxalifət partiyasının sədr müavini tutuldu
  02 May 2022    Oxunub:1119
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan müxalifətin aksiyasında saxlanılıb.
AzVision.az xəbər verir ki, bunu siyasətçi feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, o və bir qrup vətəndaş saxlanılaraq mərkəzi polis şöbəsinə aparılıb.

Ümumilikdə etiraz aksiyasında 125 nəfər İnzibati Xətalar Məcəlləsinin 182-ci (polisin qanuni tələblərinə tabe olmamaqla) maddəsi ilə saxlanılıb.

Qeyd edək ki, Ermənistanda müxalifət aprelin 25-dən kütləvi aksiyalara start verib. Nümayişlərin başlamasına səbəb baş nazir Nikol Paşinyanın Qarabağ danışıqları üzrə bəyanatları olub.

AzVision.az


Teqlər:



Xəbər lenti