Mirzoyan Vaşinqtona gedir: Blinkenlə görüşəcək

   Mirzoyan Vaşinqtona gedir:    Blinkenlə görüşəcək
  02 May 2022    Oxunub:2030
ABŞ dövlət katibi Entoni Blinken Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək .
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Görüş Ermənistan XİN başçısının ABŞ-a səfəri çərçivəsində baş tutacaq. Katib Blinken və Ermənistanın xarici işlər naziri Mirzoyan Strateji Mülki Nüvə Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayacaqlar.

Ermənistan XİN başçısı səfəri çərçivəsində USAİD-in direktoru Samata Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Sloatla da görüşəcək. Mirzoyan mayın 6-dək ABŞ-da səfərdə olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti