Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötüb

Ukraynalı qaçqınların sayı 5,5 milyon nəfəri ötüb
  02 May 2022    Oxunub:1239
Müharibənin başlanğıcından bəri Ukraynanı tərk edərək qonşu ölkələrə sığınan qaçqınların sayı 5,5 milyon nəfəri ötüb.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsi məlumat yayıb. Mayın 1-nə olan məlumata görə, Ukraynanı 5 539 184 nəfər tərk edib. Son iki sutka ərzində qonşu ölkələrin sərhədlərini keçən ukraynalıların sayı 70 555 nəfərə çatıb.

Ukraynalıların əksəriyyəti Polşaya üz tutub. Hazırda bu ölkədə 3 056 826 nəfər qaçqın yerləşib. Rumınıyaya 825 874, Macarıstana 530 157 ukraynalı qaçqın gəlib.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti