İrəvan polisi daha 244 etirazçını saxlayıb - Yenilənib

   İrəvan polisi daha 244 etirazçını saxlayıb -  Yenilənib
  02 May 2022    Oxunub:1968
İrəvan polisi baş nazir Nikol Paşinyanın istefası tələbi ilə küçələri bağlayan 244 etirazçını saxlayıb
AzVision.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanı məlumat yayıb.

Polisin yaydığı məlumata əsasən hazırda İrəvanda vəziyyət nisbətən sakitdir. Müxalifət tərəfdarları paytaxtın mərkəzində zibil konteynerlərindən və küçə skamyalarından barrikadalar, həmçinin çadırlar qurulan “Place de France”ın qarşısındadırlar. Paşinyanın əleyhdarlarının növbəti mitinqi yerli saatla 18:00-da gözlənilir.

***
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət fəallarının İrəvanda bağladığı bütün yol qovşaqlarını açıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın güc strukturları məlumat yayıb. Bildirilib ki, hazırda İrəvan küçələrində nəqliyyatın hərəkəti bərpa olunub.

Məlumatda qeyd olunub ki, səhər saatlarında asayiş keşikçilərinin qanuni tələblərinə tabe olmayan 189 etirazçı polis idarələrinə aparılıb

AzVision.az




Teqlər:



Xəbər lenti