Xorvatiya səyahət məhdudiyyətlərini aradan qaldırır

Xorvatiya səyahət məhdudiyyətlərini aradan qaldırır
  02 May 2022    Oxunub:1083
Xorvatiya hakimiyyəti pandemiya ilə əlaqədar əvvəllər respublikaya girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 30 aprel 2022-ci il tarixinədək qüvvədə olan Xorvatiya Respublikasının sərhəd-keçid məntəqələrindən keçməyə müvəqqəti məhdudiyyətlə bağlı qərarın müddəti uzadılmayıb. Belə ki, Xorvatiyaya girişə epidemioloji şəraitə riayət etmədən pandemiyadan əvvəl qüvvədə olan şərtlərə, yəni Şengen Sərhəd Məcəlləsi, əcnəbilər haqqında qanun və digərləri ilə nəzərdə tutulmuş şərtlər əsasında icazə verilir.

Xorvatiyada ölkə əhalisinin 59,49%-i və ya bütün yetkin sakinlərin 70,76%-i koronavirusa qarşı peyvənd olunub. Xorvatiyada koronavirusa ilk yoluxma halı 25 fevral 2020-ci ildə təsdiqlənib. Ölkədə 1123029 nəfərə yaxın yoluxma faktı qeydə alınıb, 1102510 nəfər müalicə olunaraq sağalıb, 15843 nəfər isə vəfat edib.


AzVision.az



Teqlər: Xorvatiya  



Xəbər lenti