Gürcüstanın Aİ-yə üzvlük sorğusunun birinci hissəsi hazırdır

 Gürcüstanın Aİ-yə üzvlük sorğusunun birinci hissəsi hazırdır
  02 May 2022    Oxunub:1218
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili respublikanın Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələri açmaq üçün aldığı sorğunun doldurulmuş birinci hissəsini Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzelə təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Harzel Gürcüstana uğurlar arzulayıb və qeyd edib ki, bu tarixi prosesdə iştirak etmək onun üçün şərəfdir. Öz növbəsində Qaribaşvili səfiri əmin edib ki, Gürcüstan hakimiyyəti sorğunun ikinci - sektoral hissəsinin doldurulması üzərində intensiv işi davam etdirəcək. Buraya 33 fəsil və 2300-ə qədər sual daxildir.

AzVision.az



Teqlər: Gürcüstan    



Xəbər lenti