Rusiyaya qarşı altıncı sanksiyalar paketi sabah müzakirə ediləcək

Rusiyaya qarşı altıncı sanksiyalar paketi sabah müzakirə ediləcək
  02 May 2022    Oxunub:1226
Avropa Komissiyası (AK) mayın 3-də Avropa Komissarları Şurasının iclasında Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib. Rusiya neftinə embarqo ilə bağlı Aİ-nin qərarını gözləmək lazımdırmı sualına cavabında komissar sadəcə olaraq deyib: “Avropa Komissiyası növbəti sanksiyalar paketi üzərində işləyir”.

Brüsseldə mövcud olan prosedura görə, sanksiyalar layihəsi əvvəlcə Avropa Komissiyası tərəfindən təsdiqlənməlidir, daha sonra onlar Aİ-nin 27 dövlətinin səfirlərinə baxılmaq üçün təqdim olunacaq və səfirlər sanksiyaları təsdiq etdikdən sonra Aİ Şurası xarici işlər nazirləri səviyyəsində təsdiq edilməlidir.


AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti