İsrail Lavrovun üzr istəməsini tələb etdi

   İsrail    Lavrovun üzr istəməsini tələb etdi
  02 May 2022    Oxunub:1457
İsrailin xarici işlər naziri Yair Lapid rusiyalı həmkarı Sergey Lavrovun İtaliya televiziyasına verdiyi müsahibədə dediklərini “bağışlanmayan və qalmaqallı” adlandırıb və Rusiya hakimiyyətindən üzr istəməsini tələb edib. AzVision.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb.
“Bunlar bağışlanmaz və qalmaqallı bəyanatlardır, dəhşətli tarixi səhvdir və üzrxahlıq gözləyirik. Biz Rusiya ilə yaxşı münasibətlər saxlamaq üçün çox çalışırıq, amma bir xətt var və bu dəfə də sərhədi keçiblər. Rusiya hökuməti bizdən və yəhudi xalqından üzr istəməlidir”-deyə, nazir bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasına münasibət bildirib. Lavrov “Hitlerin də yəhudi qanı olub” açıqlamasını verib.


AzVision.az



Teqlər: İsrail  



Xəbər lenti