Narendra Modi: “Ukraynada qalib olmayacaq”

      Narendra Modi:    “Ukraynada qalib olmayacaq”
  02 May 2022    Oxunub:972
“Ukraynada qalib olmayacaq, hər iki tərəfin itkiləri olacaq. Ona görə də Hindistan dialoqun və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
AzVision.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi bildirib. Onun sözlərinə görə, ölkəsi sülhün tərəfdarıdır:

“Ukraynada müharibənin yaratdığı sarsıntılar səbəbindən neftin qiyməti qalxır, dünyada ərzaq və gübrə qıtlığı yaranır. Bu, dünyada hər bir ailə üçün yükə çevrilib. Bununla belə, ən güclü təsiri inkişaf etməkdə olan və yoxsul ölkələr hiss edəcək. Son geosiyasi hadisələr dünyada sülh və sabitliyin nə qədər kövrək olduğunu və bütün ölkələrin bir-biri ilə necə bağlı olduğunu göstərdi”.

AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti