Borrel: "Daha çox Rusiya bankı SWIFT-dən çıxarılacaq"

      Borrel:    "Daha çox Rusiya bankı SWIFT-dən çıxarılacaq"
  03 May 2022    Oxunub:974
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Rusiya bankaları ilə bağlı açıqlama verib. AzVision.az xəbər verir ki, o, Latın Amerikasına səfəri zamanı jurnalistlərə daha çox Rusiya bankının SWIFT banklararası ödəniş sistemindən ayrılacağını deyib.
Siyasətçi yeni məhdudiyyətlərə hansı maliyyə təşkilatlarının düşəcəyini dəqiqləşdirməyib.

- Maliyyə sektorunda daha çox Rusiya bankının SWIFT sistemindən əlaqəsi kəsiləcək. Hansılarını olduğunu sizə deyə bilmərəm. Amma bu reallaşacaq. Enerji sektorunda isə Rusiya neftinin idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq, - Borrel deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti