"Rusiyada 2 min hərbi əsir var" - Bastrıkin

   "Rusiyada 2 min hərbi əsir var" -    Bastrıkin
  03 May 2022    Oxunub:1046
Hazırda Rusiyada könüllü olaraq silahını yerə qoyub təslim olan 2000-dən çox ukraynalı hərbi əsir var. AzVision.az xəbər verir ki, bunu RT-yə müsahibəsində Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.
İdarə rəisinin sözlərinə görə, hərbi əsirlər arasında Ukrayna Silahlı Qüvvələrinin 5 briqada komandiri də var.

- Müstəntiqlər onlarla işləyir, Ukrayna rejiminin cinayətləri ilə bağlı çoxlu təfərrüatları öyrənirlər. Verilən ifadələr başqa şeylərlə yanaşı, əcnəbi təlimatçılarla işləməyə, eləcə də başqa ölkə vətəndaşlarının muzdlu kimi iştirakına da aiddir, - Bastrıkin deyib.
İstintaq Komitəsi Ukrayna tərəfindən hərbi əməliyyatlarda iştirak edən 75 muzdluya qarşı cinayət işi açıb.

Müstəntiqlərin məlumatına görə, onlar Böyük Britaniya, ABŞ, Norveç, Kanada, Gürcüstan və digər ölkələrdən gəliblər.

- Məsələn, Gürcüstan vətəndaşı Mamulaşvili Ukrayna ərazisində “Gürcüstan Milli Legionu” silahlı birləşməsini yaradıb, onun rəhbəri kimi çıxış edib və azı 24 Gürcüstan vətəndaşını muzdlu əsgər kimi öz fəaliyyətinə cəlb edib, - Bastrıkin qeyd edib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti