Almaniya Lavrovun "Hitler bəyanatı" nı cəfəngiyyat adlandırdı

   Almaniya Lavrovun    "Hitler bəyanatı"   nı cəfəngiyyat adlandırdı
  03 May 2022    Oxunub:1817
Almaniya Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukrayna lideri Volodimir Zelenski ilə Adolf Hitleri müqayisə etməsinə reaksiya verib.
AzVision.az xəbər verir ki, “Spiegel”də dərc edilən məqalədə Almaniya hökumətinin sözçüsü Ştefen Hebestreitin Lavrovun sözlərini “absurd” adlandırdığı yazılıb. O qeyd edib ki, bu cəfəngiyyatın əlavə şərhə ehtiyacı yoxdur.

- Düşünürəm ki, xarici işlər naziri Lavrovun apardığı Rusiya təbliğatının bu halda əlavə şərhə ehtiyacı yoxdur, - Almaniya rəsmisi deyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri italyalı jurnalistlərə deyib ki, Ukraynada müharibə aparmaq lazım idi. Çünki burada hakimiyyəti “nasistlər” əldə saxlayırlar. O qeyd edib ki, Prezident Zelenskinin yəhudi kökləri var. Lakin onlar deyirlər ki, bu heç nə demək deyil, çünki İkinci Dünya Müharibəsinin təşəbbüskarı Hitlerdə də yəhudi qanı var idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti