Robert Köçəryanın oğlu saxlanıldı - VİDEO (Yenilənib) |
Onun sözlərinə görə, İrəvandakı indiki aksiyalar zamanı polis 2018-ci ildəki etiraz aksiyalarından qat-qat sərt davranış nümayiş etdirir. Akopyan əlavə edib ki, özünün də üzvü olduğu o vaxtkı hökumət (o, Zəngəzur vilayətinin qubernatoru olub – red.) guya polisə nümayişçilərə qarşı zorakılıq tətbiq etməməyi ciddi şəkildə tapşırıbmış.
- Təbii ki, bir çox polislər, xüsusən də daxili qoşunlar müxalifətə çox sadiqdirlər. Amma bizə qarşı nifrətini gizlətməyənlər də var. Bu hardan meydana gəlib bilmirəm. Bu qədər nifrətin nədən yarandığını izah edə bilmirəm, - deputat deyib.
Qeyd edək ki, iki həftədir İrəvanda kütləvi etiraz aksiyaları keçirilir. Bu gün isə keçmiş prezident, hərbi cani Robert Köçəryanın oğlu Levon Köçəryan qanunsuz aksiyaya görə saxlanılıb.
Tural Tağıyev
AzVision.az