Paşinyanın həbsini tələb edən valideynlər aksiya keçirirlər

   Paşinyanın həbsini tələb edən valideynlər aksiya keçirirlər
  03 May 2022    Oxunub:1341
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında öldürülmüş erməni əsgərlərin valideynləri növbəti dəfə İrəvanda etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, valideynlər paytaxtın mərkəzinə, Baş Prokurorluğun binası yaxınlığına toplaşaraq baş prokuror Artur Davtyanla görüş tələb edirlər.
“5165” hərəkatının lideri Karin Tonoyan deyib ki, Davtyan beş gün ərzində onların suallarına cavab verəcəyini vəd edib.

Xatırladaq ki, aprelin sonundan başlayaraq həlak olan hərbçilərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını, eləcə də Qarabağda müharibənin gedişinə və nəticələrinə görə məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Aksiya  



Xəbər lenti