Ukraynanın itkiləri - 2,7 min tank, 696 PUA, 146 təyyarə

      Ukraynanın itkiləri    - 2,7 min tank, 696 PUA, 146 təyyarə
  03 May 2022    Oxunub:922
Rusiya Ukraynanın müharibə itkilərini açıqlayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov 2700-dən çox Ukrayna tankı və digər zirehli texnikanın vurulduğunu deyib.
- Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 xüsusi təyinatlı hərbi maşın məhv edilib, - Konaşenkov çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  



Xəbər lenti