"Xalq artıq Köçəryanın komandasından iyrənir" - Erməni deputat

   "Xalq artıq Köçəryanın komandasından iyrənir" -   Erməni deputat
  03 May 2022    Oxunub:1545
Ermənistan parlamentinin "Vətəndaş Müqaviləsi" fraksiyasından olan deputatı Qorq Papoyan müxalifəti sərt şəkildə tənqid edib. AzVision.az xəbər verir ki, o, ölkədə yaranmış xaosda "Qarabağ klanı"nı günahlandırıb, onların keçmişdə olduğu kimi indi də xalqa aşağılayıcı ifadələrlə müraciət etdiyini deyib.
Erməni deputat: "Polisin hünəri çatırsa, Azərbaycanla sərhədə getsin"
- Köçəryanın komandasından olan və "Daşnaksütyunu" təmsil edən deputat Qeqam Manukyan bu gün tələbələrə çağırış edərək dedi ki, ya bizə qoşulun, ya da “üzünüzə tüpürün”. Köçəryanın digər deputatı Qeqam Nazaryan isə bir neçə gün əvvəl açıqlama vermişdi ki, bizə qoşulmasanız, “cəhənnəmə gedəcəksiniz”.

Bu, özünü müxalifət elan etmiş məlum qrupun sadəcə olaraq xalqı sevmədiyini, daha doğrusu, nifrət etdiyini sübut edir. Hər gün, hər saat bu sübut olunur, -Papoyan deyib.

O həmçinin qeyd edib ki, Köçəryanın "tayfası" nəinki keçmişdən dərs götürməyib, hətta öz dünyagörüşlərini, mentalitetlərini açıq-aşkar etiraf etməkdə davam edirlər.

- Yəni vətəndaş elə bir mövzudur ki, onlara heç bir əhəmiyyət verilməməlidir. Ancaq 2018, 2021-ci illərdə vətəndaşlarımımz müxalifətdəki belə "elitalara” əhəmiyyət vermədi. Bəli, bu qrup insanları sevmir, amma insanlar da artıq onları sevmir. Daha doğrusu, onlardan iyrənir, - deputat qeyd edib.

Xatırladaq ki, bu gün İrəvanda mitinq keçirən müxalifət universitet ərazisinə də daxil olaraq tələbələri onlara dəstək verməyə çağırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Köçəryan   Ermənistan   Deputat  





Xəbər lenti