Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü - YENİLƏNİB

   Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü -  YENİLƏNİB
  03 May 2022    Oxunub:1483
"Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib".
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, bu gün (3 may) Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş çərçivəsində tərəflər, səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb.

Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib.
***
16:36
Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bu xüsusi nümayəndələr arasında baş tutan üçüncü görüşdür.

AzVision.az


Teqlər:



Xəbər lenti