Rusiya ordusu “Azovstal”a hücum edib
“Bütün gecə bizi havadan bombaladılar, iki mülki qadın öldürüldü, indi də “Azovstal”a hücum edilir”.
Jurnalist Andrey Tsapliyenko da “Telegram” kanalında hücumun başladığını təsdiqləyib: “Hazırda zavodun ərazisinə soxulmağa çalışırlar. Məlumatı “Azov” alayının komandir müavini də təsdiqləyir. Hələlik əlavə təfərrüat yoxdur”.
Qeyd edək ki, mayın 1-də Mariupoldakı “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb.
Mariupolun meri Vadim Boyçenkonun sözlərinə görə, “Azovstal” ərazisində yerləşən sığınacaqlardan 100-dən çox insan çıxarılıb.
AzVision.az
Teqlər: