Ukrayna əks-kəşfiyyatı ruslara kömək edən satqınları ifşa edib

   Ukrayna əks-kəşfiyyatı ruslara kömək edən satqınları ifşa edib
  03 May 2022    Oxunub:933
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyev vilayətində bir neçə rus agenti saxlayıb. Onlar Milli Qvardiyanın ehtiyat məntəqəsi haqqında Rusiyaya məlumat ötürürlərmiş.
Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir ki, daha iki nəfər isə agentlərlə əməkdaşlıq edərək iki dinc sakini öldürüb.

"Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatının saxladığı satqınlar- Brovarski rayonunun iki sakini işğal zamanı kəndlərdən birində ruslara qoşulub və Bolşaya Dimerkada iki vətəndaşı qətlə yetirib”, - mətbuat xidmətinin məlumatında deyilir.
O da deyilir ki, ruslara artilleriya ekipajlarını təchiz etməkdə və bölgədə yol blokları qurmaqda kömək edən əməkdaş da saxlanılıb.

Saxlanılanları ağır həbs cəzası gözləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti