"Rusiya hələ də dialoqa açıqdır" - Putin

   "Rusiya hələ də dialoqa açıqdır" -    Putin
  03 May 2022    Oxunub:1148
Rusiya və Fransa prezidentlərinin telefon danışığının bəzi detalları məlum olub.
AzVision.az xəbər verir ki, Prezident Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona Mariupol şəhərinin azad edilməsi və “Azovstal” zavodundan mülki əhalinin evakuasiyası barədə BMT baş katibi Antoniu Quterreş və Kremlin razılaşdığını bildirib.

Makron Putinə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yaranan problemlərdən narahatlığını çatdırıb.

"Putin Makrona, həmçinin bildirib ki, Kiyev ciddi işə hazır olmasa da, Rusiya tərəfi hələ də dialoqa açıqdır" - görüşlə bağlı yayılan məlumatda deyilir.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlərin söhbəti iki saatdan artıq davam edib. Bu, liderlər arasında Makronun aprelin 24-də ikinci müddətə prezident seçilməsindən sonra ilk telefon danışığıdır

AzVision.az



Teqlər:



Xəbər lenti