Bolqarıstan prezidentinin korteji qəzaya düşdü- 3 nəfər xəsarət alıb

Bolqarıstan prezidentinin korteji qəzaya düşdü-    3 nəfər xəsarət alıb
  03 May 2022    Oxunub:1465
Bolqarıstan prezidenti Rumen Radevin korteji qəzaya uğrayıb. Nəticədə Bolqarıstan Milli Təhlükəsizlik Xidmətinin iki əməkdaşı xəsarət alıb.
"Nova" nəşri yazır ki, bu barədə dövlət başçısının özü brifinqdə məlumat verib.
Hadisə çərşənbə axşamı səhər saat 10 radələrində Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında baş verib. Magistral yola yağış yağdığında, qəza baş verən yerdə yol daralıb.

Radevin sözlərinə görə avtomobil qarşıdan gələn zolağa çıxan yük maşınına çırpılıb. Yaralılar arasında prezidentin müalicə həkimi də var, onun qolu sınıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qəza  



Xəbər lenti